IMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf gözlənilir

IMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf gözlənilir 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik
Maliyyə
15 Dekabr , 2017 21:00
IMF: Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf gözlənilir
Sputnik/ Natalia Seliverstova

"2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik"

Bakı. 15 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının Azərbaycana səfərinin yekunlarına dair yayılmış press-relizində deyilir.

IMF missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında stabilləşmə başlayıb: "Ölkədə həyata keçirilən makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahəsi daha da genişlənib. Görülən tədbirlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik".

Son xəbərlər

Orphus sistemi