IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər" - ƏLAVƏ OLUNUB

IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər" - ƏLAVƏ OLUNUB Azərbaycanda şirkətlərin cəmi 2,4%-də rəhbər qadınlardır
Maliyyə
9 Mart , 2017 11:16
IFC rəsmisi: Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər - ƏLAVƏ OLUNUB
Report.az

Bakı. 9 mart. REPORT.AZ/ Qadınlar qlobal səviyyədə iş saatlarının 3/2-ni işləməklərinə baxmayaraq, qlobal gəlirlərinin 10%-ni qazanırlar. "Report" xəbər verir ki, bunu gender bərabərliyinə həsr edilmiş "BFB-də növbəti açılış zəngi" adlı tədbirdə çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

O qeyd edib ki, dünyanın yalnız 25 ölkəsində qadınlar bərabər təhsil imkanlarına malikdir: "Bu gün qadınların əmək bazarında iştirak imkanı kişilərə nisbətən 27% azdır. Kişilərlə müqayisədə qadınların işə qəbul imkanı azdır. Avropa və Mərkəzi Asiya ölkələrində 18,6%-lə müqayisədə Azərbaycanda şirkətlərin 2,4%-nin rəhbəri qadındır. Rəhbər heyət arasında qadınların təmsil olunduğu şirkətlər isə 4,5%-ə bərabərdir. Avropa və Mərkəzi Asiya ölkələrində bu göstərici 30%-ə bərabərdir".

*** 10:38

Bakı. 9 mart. REPORT.AZ/ Qadınlar 2025-ci ilə qədər qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər. "Report" xəbər verir ki, bunu gender bərabərliyinə həsr edilmiş "BFB-də növbəti açılış zəngi" adlı tədbirdə çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

"Azərbaycanda şirkətlərin cəmi 2,4%-də rəhbər qadınlardır. Dünya üzrə gəlirlərin 10%-i qadınların payına düşür", - o bildirib.

Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Namazov deyib ki, Birjanın əməkdaşlarının 45%-i qadınlardır.

Son xəbərlər

Orphus sistemi