Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib Bu gün Hesablama Palatasınıda növbəti kollegiya iclası keçirilib.
Maliyyə
19 Aprel , 2019 16:30
Hesablama Palatasında kollegiya iclası keçirilib

Bu gün Hesablama Palatasınıda növbəti kollegiya iclası keçirilib. 

"Report" quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

Dövlət büdcəsindən Prezident yanında Ali Attestasiya Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə dair;

- Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin icrasının təhlilinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub, bundan başqa, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim edilməsi qərara alınıb. 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi