Yuxarı

Hesablama Palatası və Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

Gələcək Tvininq Layihəsinə hazırlıq işlərində Azərbaycana dəstək göstəriləcək

Bakı. 21 may. REPORT.AZ/ Hesablama Palatasında “Gələcək Tvininq Layihəsinə hazırlıq işlərində Azərbaycan Respublikası Hesablama Palatasına dəstək” layihəsinin başlanması ilə bağlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax və layihəni icra edəcək beynəlxalq ekspertlərlə görüş keçirilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, görüşdə qısamüddətli xarakter daşıyan bu layihə üzrə gözlənilən nəticələr, nəzərdə tutulmuş tədbirlərin istiqamətləri, həmçinin Palatanın 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının icrası ilə bağlı həyata keçiriləcək fəaliyyət planı müzakirə edilib, Aİ və Hesablama Palatası arasında gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Layihə sosial əməkdaşlıq, o cümlədən maliyyə və dövlət idarəçiliyi sahələrində layihələrin idarə edilməsi və məsləhətçi xidmətlər üzrə texniki yardım xidmətini həyata keçirən ACE beynəlxalq məsləhətçilər şirkəti (İspaniya) tərəfindən icra ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi