Hesablama Palatası və Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

Hesablama Palatası və Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib Gələcək Tvininq Layihəsinə hazırlıq işlərində Azərbaycana dəstək göstəriləcək
Maliyyə
21 May , 2015 16:40
Hesablama Palatası və Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

Bakı. 21 may. REPORT.AZ/ Hesablama Palatasında “Gələcək Tvininq Layihəsinə hazırlıq işlərində Azərbaycan Respublikası Hesablama Palatasına dəstək” layihəsinin başlanması ilə bağlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax və layihəni icra edəcək beynəlxalq ekspertlərlə görüş keçirilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, görüşdə qısamüddətli xarakter daşıyan bu layihə üzrə gözlənilən nəticələr, nəzərdə tutulmuş tədbirlərin istiqamətləri, həmçinin Palatanın 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının icrası ilə bağlı həyata keçiriləcək fəaliyyət planı müzakirə edilib, Aİ və Hesablama Palatası arasında gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Layihə sosial əməkdaşlıq, o cümlədən maliyyə və dövlət idarəçiliyi sahələrində layihələrin idarə edilməsi və məsləhətçi xidmətlər üzrə texniki yardım xidmətini həyata keçirən ACE beynəlxalq məsləhətçilər şirkəti (İspaniya) tərəfindən icra ediləcək. 

Son xəbərlər

Orphus sistemi