Yuxarı
    Bağlamaq

    Ekspert: "Çin iqtisadiyyatını dərin staqnasiya gözləyir"

    Azərbaycanda kreditlərin ÜDM-də xüsusi çəkisi 32%-dir

    Bakı. 27 dekabr. REPORT.AZ/ "Kredit bumları adətən çox pis nəticələnir və bunu Çində çox yaxşı bilirlər". "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu deyən "Hayman Capital" hedc fondunun meneceri Kayl Bass Çinin müflisləşdiyini və ölkənin maliyyə sisteminin təcili xilas edilməsinə ehtiyac yarandığını bildirib.

    Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının (BİS) hesabatına görə,  Çin dünyanın ən yüksək kreditləşmə səviyyəsi olan ölkəsi hesab olunur. BİS-in 2011-ci ildə 36 ölkə arasında apardığı təhlilə görə, yüksək kreditləşmə yaxınlaşan maliyyə böhranından xəbər verir. Təhlildən aydın olur ki, maliyyə böhranlarının çoxu kreditlərin ÜDM-də xüsusi çəkisi 10%-i keçəndə başlayır.

    Qrafikdən də göründüyü kimi, 2016-cı ilin martında Çində kreditləşmə həcminin ÜDM-də xüsusi çəkisi 30%-i ötüb. Bu da ev təsərrüfatları və şirkətlərin məcmu borcları ilə ÜDM-in həcmi arasındakı fərqi göstərir. Fərq azaldıqca maliyyə böhranının yaranma riski yüksəlir.

    Şimali Avropa ölkələri və Yaponiya 1980-ci illlərin sonu-1990-cı illərin əvvəlində bu problemin yaranması səbəbindən böhranla üzləşib. Bu durum ABŞ-da da baş verib və nəticədə, bank böhranı ilə nəticələnib. Aşağıdakı qrafikdə ABŞ-da kreditlərin ÜDM-də xüsusi çəkisinin 10%-i keçməsi və böhranın başlaması öz əksini tapıb.

    Nobel mükafatı laureatı iqtisadçı Robert Englenin sözlərinə görə, Avopa və ABŞ-da olduğu kimi, Çİndə bank böhranı görməyəcəyik: "Amma, Çin dərin bir staqnasiya ilə üzləşə bilər".

    "Citic Securities" investisiya şirkətinin analitiki Minq Minqin bildirib ki, Çin banklarının aktivlərinin çoxu dövlətə məxsusdur: "Dövlət borclarını idarə etdiyi müddət ərzində maliyyə böhranının yaranma riski azdır".

    Xatırladaq ki, Azərbaycanda kreditlərin ÜDM-də xüsusi çəkisi 2016-cı il noyabrın 1-nə 32% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi