Bakı. 27 dekabr.
Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının (BİS) hesabatına görə, Çin dünyanın ən yüksək kreditləşmə səviyyəsi olan ölkəsi hesab olunur. BİS-in 2011-ci ildə 36 ölkə arasında apardığı təhlilə görə, yüksək kreditləşmə yaxınlaşan maliyyə böhranından xəbər verir. Təhlildən aydın olur ki, maliyyə böhranlarının çoxu kreditlərin ÜDM-də xüsusi çəkisi 10%-i keçəndə başlayır.
Qrafikdən də göründüyü kimi, 2016-cı ilin martında Çində kreditləşmə həcminin ÜDM-də xüsusi çəkisi 30%-i ötüb. Bu da ev təsərrüfatları və şirkətlərin məcmu borcları ilə ÜDM-in həcmi arasındakı fərqi göstərir. Fərq azaldıqca maliyyə böhranının yaranma riski yüksəlir.
Şimali Avropa ölkələri və Yaponiya 1980-ci illlərin sonu-1990-cı illərin əvvəlində bu problemin yaranması səbəbindən böhranla üzləşib. Bu durum ABŞ-da da baş verib və nəticədə, bank böhranı ilə nəticələnib. Aşağıdakı qrafikdə ABŞ-da kreditlərin ÜDM-də xüsusi çəkisinin 10%-i keçməsi və böhranın başlaması öz əksini tapıb.
Nobel mükafatı laureatı iqtisadçı Robert Englenin sözlərinə görə, Avopa və ABŞ-da olduğu kimi, Çİndə bank böhranı görməyəcəyik: "Amma, Çin dərin bir staqnasiya ilə üzləşə bilər".
"Citic Securities" investisiya şirkətinin analitiki Minq Minqin bildirib ki, Çin banklarının aktivlərinin çoxu dövlətə məxsusdur: "Dövlət borclarını idarə etdiyi müddət ərzində maliyyə böhranının yaranma riski azdır".
Xatırladaq ki, Azərbaycanda kreditlərin ÜDM-də xüsusi çəkisi 2016-cı il noyabrın 1-nə 32% təşkil edib.