Yuxarı
    Bağlamaq

    "Brexit"dən sonra Böyük Britaniyada ÜDM xeyli azalacaq

    Dinlə

    Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən sazişsiz çıxması ölkədə ÜDM-in 8 faiz azalmasına, xeyli iş yerlərinin bağlanmasına gətirib çıxaracaq.

    “Report” “The Quardian”a istinadən xəbər verir ki, Parlamentin İcmalar palatasında "Brexit" şərtləri barədə saziş üzrə yanvarın 15-də keçiriləcək səsvermə ərəfəsində ölkənin nüfuzlu sahibkarlarını birləşdirən Britaniya Sənaye Konfederasiyası bu məlumatları dərc edib.

    Bununla yanaşı, Mərkəzi Bank da “sərt Brexit” halında ölkənin Aİ üzvü kimi beynəlxalq ticarət tərəfdaşlarını itirməsi nəticəsində milli valyutanın 25 faizədək məzənnə itkisini istisna etməyib. Belə olan halda, ölkə ÜDM-nin 2023-ci ilədək bankın son proqnozlarına nisbətən 8 faiz az olacağı da qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi