Yuxarı

Böyük Britaniya bankı 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək

Böyük Britaniya bankı 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək

Böyük Britaniyanın “Barclays” investisiya bankı xərcləri azaltmaq üçün şəxsi və investisiya bankçılığı bölmələrindən 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bank, əsasən, London və Asiyadakı maliyyə mərkəzlərində inzibati direktor və direktor vəzifələrini azaltmağa başlayacaq. 

Xatırladaq ki, 2018-ci ilin yekununda maliyyə qurumunun 83 min işçisi olub. 2019-cu ilin 2-ci rübündə bu rəqəm 80 minə endirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi