Böyük Britaniya bankı 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək

Böyük Britaniya bankı 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək Böyük Britaniyanın “Barclays” investisiya bankı xərcləri azaltmaq üçün şəxsi və investisiya bankçılığı bölmələrindən 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək.
Maliyyə
17 Yanvar , 2020 17:11
Böyük Britaniya bankı 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək

Böyük Britaniyanın “Barclays” investisiya bankı xərcləri azaltmaq üçün şəxsi və investisiya bankçılığı bölmələrindən 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bank, əsasən, London və Asiyadakı maliyyə mərkəzlərində inzibati direktor və direktor vəzifələrini azaltmağa başlayacaq. 

Xatırladaq ki, 2018-ci ilin yekununda maliyyə qurumunun 83 min işçisi olub. 2019-cu ilin 2-ci rübündə bu rəqəm 80 minə endirilmişdi.

Son xəbərlər

Orphus sistemi