Yuxarı

"​Bank of Baku" həlak olan və itkin düşən neftçilərin kredit borclarını silib

Bank borcu olan neftçilərin kredirlərinin bağışlanması barədə qərar qəbul edib

Bakı. 9 dekabr. REPORT.AZ/ "Bank of Baku" ASC dekabrın 4-də “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olan və itkin düşən neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin banka olan bütün kredit borclarının bağışlanması qərarı qəbul edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yanğında həyatını itirən və itkin düşən neftçilər arasında 11 nəfərin "Bank of Baku"ya kredit borcu olub və bu borclar tam silinəcək: "Bank of Baku" neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi