"​Bank of Baku" həlak olan və itkin düşən neftçilərin kredit borclarını silib

"​Bank of Baku" həlak olan və itkin düşən neftçilərin kredit borclarını silib Bank borcu olan neftçilərin kredirlərinin bağışlanması barədə qərar qəbul edib
Maliyyə
9 Dekabr , 2015 12:59
​Bank of Baku həlak olan və itkin düşən neftçilərin kredit borclarını silib

Bakı. 9 dekabr. REPORT.AZ/ "Bank of Baku" ASC dekabrın 4-də “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olan və itkin düşən neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin banka olan bütün kredit borclarının bağışlanması qərarı qəbul edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yanğında həyatını itirən və itkin düşən neftçilər arasında 11 nəfərin "Bank of Baku"ya kredit borcu olub və bu borclar tam silinəcək: "Bank of Baku" neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir".

Son xəbərlər

Orphus sistemi