Azərbaycanın xarici dövlət borcu ötən il 36% artıb

Azərbaycanın xarici dövlət borcu ötən il 36% artıb Bu rəqəm bu il yanvarın 1-nə 9,398.3 mln. ABŞ dolları təşkil edib
Maliyyə
14 Fevral , 2018 17:38
Azərbaycanın xarici dövlət borcu ötən il 36% artıb
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 9,398.3 mln. ABŞ dolları (15,978.1 mln. manat), onun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 22,8% (2017-ci il üçün hesablanmış 70,135.1 mln. manatlıq ÜDM-ə nisbətdə) təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il xarici dövlət borcu 35,95% artıb. Borcun ÜDM-dəki payı isə 2,4 faiz bəndi yüksəlib.  

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Son xəbərlər

Orphus sistemi