​Azərbaycanın xarici dövlət borcu açıqlanıb

​Azərbaycanın xarici dövlət borcu açıqlanıb Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib
Maliyyə
14 İyun , 2016 14:18
​Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 448,7 mln. ABŞ dolları (11 486,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.

Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.

Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, 17,7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi