Azərbaycanın qiymətli kağızlar bazarı cüzi böyüdü - ƏLAVƏ OLUNUB

Azərbaycanın qiymətli kağızlar bazarı cüzi böyüdü - ƏLAVƏ OLUNUB İlk xəbər saat 14:01-də verilib
Maliyyə
7 Fevral , 2020 14:11
Azərbaycanın qiymətli kağızlar bazarı cüzi böyüdü - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:01-də verilib

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16,382 milyard manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 1,45% çoxdur.

Ümumi illik göstəricinin 13,182 milyard manatlıq hissəsi ilkin bazarda (8,5% az), 3,2 milyard manatlıq hissəsi isə təkrar bazarda (83,9% çox) formalaşıb.

Ötən il qiymətli kağızlar bazarında 6 072 əqd bağlanılıb. Bu, əvvəlki ilə nisbətən 6,9% çoxdur. Əqdlərin 1 880-ı ilkin bazarın (14,9% çox), 4 192-si isə təkrar bazarın (3,7% çox) payına düşüb. 

***

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3,477 milyard manatlıq hissəsi və yaxud 21,2%-i dövlət qiymətli kağızlarının, 11,782 milyard manatlıq hissəsi və yaxud 71,9%-i korporativ qiymətli kağızların, 1,123 milyard manatlıq hissəsi və yaxud 6,9%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 58,3% çox, 11,7% az və 83,5% çoxdur.

Ötən il bu bazarda bağlanmış əqdlərin isə 2 177-si və yaxud 35,85%-i korporativ qiymətli kağızların, 3 277-si və yaxud 53,95%-i dövlət qiymətli kağızlarının, 618-i və yaxud 10,2%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, əvvəlki ilə nisbətən müvafiq olaraq 26,2% çox, 9,4% az və 84,5% çoxdur. 

Son xəbərlər

Orphus sistemi