Azərbaycanda tibbi xidmətlər bahalaşıb

Azərbaycanda tibbi xidmətlər bahalaşıb Tibbi xidmətlərin qiymətindəki illik artım tempi sürətlənib
Maliyyə
28 Mart , 2017 11:00
Azərbaycanda tibbi xidmətlər bahalaşıb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən cari ilin fevral ayında tibbi xidmətlər əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, bu müddətdə stomatoloji xidmətlərdə 0,8%, xəstəxana xidmətlərində 3,9% artım qeydə alınıb.

Cari ilin yanvar-fevral ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 6,7%, stomatoloji xidmətlərdə 9,2%, xəstəxana xidmətlərində 4,3% bahalaşma olub. Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 1,6%, 5,0% və 0,5% bahalaşma qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi