Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib ABŞ prezidenti Donald Tramp Los-Ancelesin yanğınlardan zərər çəkmiş bölgələrinə və quraqlıqdan əziyyət çəkən ərazilərə su təchizatını artıracağını vəd edib.
Digər ölkələr
25 Yanvar , 2025 08:15
Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

ABŞ prezidenti Donald Tramp Los-Ancelesin yanğınlardan zərər çəkmiş bölgələrinə və quraqlıqdan əziyyət çəkən ərazilərinə su təchizatını artıracağını vəd edib.

“Report” xəbər verir ki, o, bu barədə Kaliforniya sakinləri ilə görüşündə bildirib.

“Bizdə bol su var. Qərb sahilindən, qismən də Kanadadan gələn limitsiz sudan danışırıq. Heç vaxt tükənməyəcək, çatışmazlıq olmayacaq. Qonşu regionlardan su təchizatının artırılması, həmçinin su anbarlarının tikintisi nəzərdə tutulur”, - Tramp qeyd edib.

Tramp vurğulayıb ki, vilayətdə hidrantların böyük bir hissəsi işləmir və işləyənlərdə su təzyiqi aşağıdır. Bundan əlavə, evlərdəki yanğınsöndürmə sistemləri alovun öhdəsindən gələ bilməyib.

Son xəbərlər

Orphus sistemi