Bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb

Bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya
25 Yanvar , 2025 09:46
Bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə saatlarında bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi