Yuxarı
    Bağlamaq

    Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 10%-ə çatıb

    Son bir ildə vaxtı keçmiş kreditlərin həcmi 17% artıb© Report

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il martın 1-nə 1 556,4 mln. manat təşkil edib.

    “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 76,7 mln. manat və yaxud 4,7% azdır.

    Son bir ildə isə vaxtı keçmiş kreditlər 226,9 mln. manat və yaxud 17,07% artıb.

    Qeyd edək ki, bu il martın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,8%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci ilin analoji dövründə isə 6,5% olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi