Yuxarı

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının iş prinsipi açıqlanıb

Apellyasiya Komissiyasının iş prinsipi açıqlanıb
© Report

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanından irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Həmin müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna  uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və yaxud aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi