Yuxarı
    Bağlamaq

    Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin uzadılması təklif olunur

    Dinlə
    © Report/ Elshan Baba — Millət vəkili Vahid Əhmədov

    Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır".

    “Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov çıxış edib.

    Onun sözlərinə görə, hazırda qüvvədə olan qanun gələn ilin mart ayıında qüvvədən düşəcək: “Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə Prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi