Yuxarı

Azərbaycan "Yaşıl Kart" sistemi üzrə sığorta tariflərini artıra bilər

Bu, hazırkı tariflərin manatın devalvasiyasından öncə təsdiq olunması ilə bağlıdır

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə tariflər artırıla bilər. “Report” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, indi qüvvədə olan və növbəti ilin mart ayına qədər nəzərdə tutulmuş tariflər ikili devalvasiyadan öncə müəyyən edilib: “O vaxt biz tarifləri müəyyən edən zaman Rusiya və Türkiyədəki qiymətləri nəzərə almışdıq. Lakin manatın iki dəfə devalvasiyasından sonra Azərbaycandakı tariflər qonşu ölkələrdən xeyli aşağı olub. Odur ki, “Yaşıl Kart” sistemi üzrə tariflərin artırılması istisna deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi