Azərbaycan "Yaşıl Kart" sistemi üzrə sığorta tariflərini artıra bilər

Azərbaycan "Yaşıl Kart" sistemi üzrə sığorta tariflərini artıra bilər Bu, hazırkı tariflərin manatın devalvasiyasından öncə təsdiq olunması ilə bağlıdır
Maliyyə
24 İyun , 2016 15:08
Azərbaycan Yaşıl Kart sistemi üzrə sığorta tariflərini artıra bilər

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə tariflər artırıla bilər. “Report” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, indi qüvvədə olan və növbəti ilin mart ayına qədər nəzərdə tutulmuş tariflər ikili devalvasiyadan öncə müəyyən edilib: “O vaxt biz tarifləri müəyyən edən zaman Rusiya və Türkiyədəki qiymətləri nəzərə almışdıq. Lakin manatın iki dəfə devalvasiyasından sonra Azərbaycandakı tariflər qonşu ölkələrdən xeyli aşağı olub. Odur ki, “Yaşıl Kart” sistemi üzrə tariflərin artırılması istisna deyil".

Son xəbərlər

Orphus sistemi