Yuxarı

Azərbaycan Mərkəzi Bankı İrana kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib

Mərkəzi Bank: İrana kredit verilməsi ilə bağlı AMB-yə heç bir muraciət daxil olmayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İrana hökumətinə kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

AMB-dən "Report"a bildirilib ki, AMB-nin İrana kredit verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan Mərkəzi Bankının İrana 500 mln. dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb", - deyə Mərkəzi Bankdan bildirilib.

Diplomatik mənbələrdən də "Report"a bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan işçi qrupu ilə birgə müzakirə olunur: "Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi