Yuxarı
    Bağlamaq

    Azərbaycan banklarına yeni imkan yaradılıb

    © Report

    Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

    “Report” bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

    Məlumata görə, qurumun Komplayns Ekspert Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə sözügedən məsələ ilə bağlı rəsmi müraciət edilib. Nazirlik müraciəti müsbət qarşılayıb və banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

    Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi