Azərbaycan banklarına yeni imkan yaradılıb

Azərbaycan banklarına yeni imkan yaradılıb Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.
Maliyyə
3 Aprel , 2018 11:06
Azərbaycan banklarına yeni imkan yaradılıb
Report

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

“Report” bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Məlumata görə, qurumun Komplayns Ekspert Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə sözügedən məsələ ilə bağlı rəsmi müraciət edilib. Nazirlik müraciəti müsbət qarşılayıb və banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

Son xəbərlər

Orphus sistemi