Yuxarı

Azərbaycan bank sektorunun məcmu aktivləri 31 mlrd. manata yaxındır

Azərbaycan bank sektorunun məcmu aktivləri 31 mlrd. manata yaxındır

Əhalinin banklarda toplam 6,848 mlrd. manata yaxın əmanəti olub
© Report

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30 779,2 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 28 031,6 mln. manatı bankların cəmi öhdəlikləri, 2 747,6 mln. manatı isə sektorun balans kapitalının payına düşüb. 

Mayın 1-nə əhalinin banklarda 6 847,5 mln. manat əmanəti olub.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2 493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 214 nəfər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi