​Avronun ucuzlaşması davam edir

​Avronun ucuzlaşması davam edir Əsas Qərb fond indeksləri yüksəlib
Maliyyə
6 Dekabr , 2014 11:04
​Avronun ucuzlaşması davam edir

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Amerika fond bazarında Dow Jones indeksində 0,33% artım müşahidə edilib və 17 958,79 bənd təşkil edib, S&P 500 0,17% - 2 075,37 bəndədək, Nasdaq isə 0,24% - 4 780,76 bəndədək yüksəlib.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 5-də FTSE 100 indeksi 0,95% - 6 742,84 bəndədək, Almaniya DAX-ı 2,39% - 10 087,12 bəndədək, Fransa CAC-40-ı isə 2,21% - 4 419,48 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,25% azalaraq 1 192,60 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2283 dollar (-0,78%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi