Yuxarı

Auditorlar Palatası iqtisadi subyektləri kənar auditor cəlbinə çağırır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Auditorlar Palatası bir sıra iqtisadi subyektləri 2018-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Palatanın rəsmi qəzetdəki elanında qeyd edilib.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri, banklar və kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fondlar və birjalar, qiymətli kağızların emitetləri, büdcədənkənar fondlar, birləşdirilmiş hesabatlar təqdim edən hüquqi şəxslər, təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, siyasi partiyalar, bələdiyyələr və bələdiyyə müəssisələri, kənd təsərrüfatı kooperativləri 2018-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidirlər",- elanda qeyd edilib. Bildirilib ki, iqtisadi subyektlər auditor seçimində müstəqildirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi