Yuxarı
    Bağlamaq

    "Atəşgah" sığorta şirkətinin səhmdarları toplaşacaq

    İclasda nizamnaməyə dəyişikliyin edilməsi məsələsinə baxılacaq

    Bakı. 13 fevral. REPORT.AZ/ Cari il martın 16-da saat 11:00-da "Atəşgah Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

    "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, ümumi yığıncağın gündəliyinə Cəmiyyətin müstəqil auditorunun seçilməsi, Təftiş Komissiyasına üzv seçilməsi, ASC-nin nizamnaməsinə dəyişikliyin təsdiq edilməsi daxildir.

    Ümumi yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli pr-ti,75B - "Atəşgah Sığorta"nın baş ofisində keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi