"Amrahbank" ötən ili zərərlə başa vurub

"Amrahbank" ötən ili zərərlə başa vurub Bakı. 31 yanvar. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 20,5% azalaraq bu il yanvarın 1-nə 204,771 mln. manat təşkil edib.
Maliyyə
31 Yanvar , 2018 14:23
Amrahbank ötən ili zərərlə başa vurub
Report

Bakı. 31 yanvar. REPORT.AZ/ “Amrahbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 20,5% azalaraq bu il yanvarın 1-nə 204,771 mln. manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla müştərilərə verilmiş kreditlərin məbləği 21,7% azalaraq 95,185 mln. manat olub. 

Hesabat dövründə "Amrahbank"ın cəmi öhdəlikləri 21,3% azalaraq 159,706 mln. manata düşüb. Bu müddətdə Bankın depozit portfeli 2,1% azalaraq 138,419 mln. manat olub. 

Ötən ilin sonuna "Amrahbank"ın məcmu kapitalı (tutulmalardan sonra) 44,447 mln. manat təşkil edib. 

Bank 2017-ci il ərzində 8,601 mln. manat xalis zərər edib ki, bu da 2016-cı illə müqayisədə 2,1% artım deməkdir. Hesabata əsasən, bu il yanvarın 1-nə Bankın bölüşdürülməmiş zərəri 6,108 mln. manat olub. Ötən il yanvarın 1-də isə Bankın bölüşdürülməmiş mənfəəti 2,315 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi