AMB: 2019-cu ildə pul-kredit siyasəti iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək

AMB: 2019-cu ildə pul-kredit siyasəti iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib.
Maliyyə
28 Dekabr , 2018 09:47
AMB: 2019-cu ildə pul-kredit siyasəti iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək
Report

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib.

“Report” xəbər verir ki, bu barədə AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

“Formalaşdırılmış makroiqtisadi proqnozlar əsasında 2019-cu ildə və ortamüddətli dövrdə də pul-kredit siyasəti aşağı və sabit inflyasiya əsaslı dayanıqlı sosial-iqtisadi mühitin formalaşmasına, bu əsasda iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək. Eyni zamanda, pul siyasəti rejiminin optimallaşdırılması, onun strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, inflyasiya gözləntilərinin azaldılması, həyata keçirilən pul-kredit siyasətinə etibarın artırılması, informasiya açıqlığının yüksəldilməsi həyata keçiriləcək pul-kredit siyasətinin əsas məqsədlərindən olacaq”, - deyə bəyanatda vurğylanıb. 

Son xəbərlər

Orphus sistemi