AİF 100 mln. manatlıq istiqraz emissiyası üzrə ikinci tranşı yerləşdirməyə hazırlaşır

AİF 100 mln. manatlıq istiqraz emissiyası üzrə ikinci tranşı yerləşdirməyə hazırlaşır Qymətli kağızlar 1001,17 manat qiyməti ilə satışa çıxarılacaq
Maliyyə
18 Aprel , 2017 13:09
AİF 100 mln. manatlıq istiqraz emissiyası üzrə ikinci tranşı yerləşdirməyə hazırlaşır

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 15 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1001,17 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini 6 mart 2017-ci il tarixində dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Son xəbərlər

Orphus sistemi