​"Ziraat Bank (Azerbaijan)"ın rəhbərliyi dəyişib

​"Ziraat Bank (Azerbaijan)"ın rəhbərliyi dəyişib Bankın Müşahidə Şurasının əksər üzvləri dəyişib
Maliyyə
1769
22 İyun , 2016 11:52
​Ziraat Bank (Azerbaijan)ın rəhbərliyi dəyişib

Bakı. 22 iyun. REPORT.AZ/ "Ziraat Bank (Azerbaijan)" ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibi demək olar ki, tamamilə dəyişib. Bankdan "Report"a verilən məlumata görə, MŞ-nın sədri Hüseyin Aydını Ömer Baktır əvəz edib.

Bundan başqa, MŞ-nın üzvlərindən Ali Taşdemir istisna olmaqla qalan bütün üzvlər - Muharrem Karslı, Yusuf Dağcan Halit Bahattin və Burhaneddin Tanyeri vəzifələrindən azad edilib.

Onların yerinə MŞ-yə Bilgehan Kuru, Ayçe Şule və Taha Çakmak seçilib. B.Kuru həm də MŞ sədrinin müavinidir. İndiyə qədər "Ziraat Bank (Azerbaijan)"da MŞ sədrinin müavini postu olmayıb.

Qeyd edək ki, "Ziraat Bank (Azerbaijan)"a bank fəaliyyəti göstərmək üçün lisenziya 2014-cü il dekabrın 30-da Azərbaycan Mərkəzi Bankı tərəfindən verilib. Bank 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi