“Zıraat Bank (Azerbaijan)” filial şəbəkəsini genişləndirir

Maliyyə
  • 23 noyabr, 2017
  • 05:40
“Zıraat Bank (Azerbaijan)” filial şəbəkəsini genişləndirir
Türkiyənin “Zıraat Bankası”nın baş direktoru Hüseyn Aydın
Report/ Elshan Baba

Bakı. 23 noyabr. REPORT.AZ/ Yaxın vaxtlarda “Zıraat Bank (Azerbaijan)” ASC-nin Bakı şəhərində 1, regionlarda isə 3 yeni filialı açılacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Zıraat Bankası”nın baş direktoru, qonşu ölkənin Banklar Assosiasiyasının prezidenti Hüseyn Aydın deyib.

Onun sözlərinə görə, bununla da Türkiyə bankının Azərbaycandakı törəməsinin filiallarının sayı 5-ə çatacaq: “Regionlardakı filiallar Azərbaycanın sənayenijn inkişaf etdiyi yerlərdə açılacaq”.

H.Aydın həmçinin əlavə edib ki, Azərbaycan inkişaf edir və tezliklə “Zıraat Bankası” və “YapıKredi Bank”la yanaşı, digər türk bankları da Azərbaycan bazarına daxil olmağa maraq göstərəcək. 

44 filmi