Yusif Abdullayev: "Azərbaycanın qeyri-neft ixracı bu il 3,4-3,5 milyard dollara çatdırıla bilər"

Yusif Abdullayev: "Azərbaycanın qeyri-neft ixracı bu il 3,4-3,5 milyard dollara çatdırıla bilər" Azərbaycanda 2023-ci ildə qeyri-neft məhsullarının ixracı 3,4-3,5 milyard ABŞ dolları səviyyəsində gözlənilir.
Maliyyə
28 Fevral , 2023 15:24
Yusif Abdullayev: Azərbaycanın qeyri-neft ixracı bu il 3,4-3,5 milyard dollara çatdırıla bilər

Azərbaycanda 2023-ci ildə qeyri-neft məhsullarının ixracı 3,4-3,5 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 12,3 % artaraq, ilk dəfə Azərbaycan tarixində 3 milyard ABŞ dolları ötüb.

Y. Abdullayev qeyd edib ki, qeyri-neft ixracı 2021-ci ildə 2 milyard 713 milyon ABŞ dolları, 2022-ci ildə isə 3 milyard 48 milyon ABŞ dolları səviyyəsində olub:

"2023-cü ilin yanvar ayında qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 22,6 % artaraq 285 milyon ABŞ dollara yaxınlaşıb. İxrac bu dinamika ilə davam etsə bu il biz bu rəqmin 3,4-3,5 milyard ABŞ dollara çatdırılması üçün əlimizdən gələni edəcəyik".

Son xəbərlər

Orphus sistemi