Oktyabrın 28-də düşmənin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq döyüş bölgəsindən xeyli aralıda yerləşən dinc Bərdə şəhərini “Smerç” yaylım atəşli raket sistemindən atəşə tutması nəticəsində xəsarət alanlar arasında “Yelo Bank”ın Bərdə filialının əməkdaşı Paşayev Niftalı da var idi.
"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, nankor hücum nəticəsində ağır yaralanan həmkarımızı xilas etmək üçün bütün komandamızı səfərbər edib, Niftalının sağalması üçün əlimizdən gələni etdik, amma, çox təəssüf, dualarımız və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.
Bu xəbərdən nə qədər sarsıldığımızı ifadə etmək çox çətindir, Niftalının yaxınlarının hal-hazırda keçirdiyi hissləri hər birimiz keçiririk.
Yelo Ailəsi olaraq həmkarımızın ailəsinə səbr diləyir və dəstəyimizi onlardan əsirgəməyəcəyimizi bildiririk.
Allah rəhmət eləsin!