"Yelo Bank"da ESG mövzusunda tədbir keçirilib

"Yelo Bank"da ESG mövzusunda tədbir keçirilib Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir.
Maliyyə
1 İyul , 2024 10:23
Yelo Bankda ESG mövzusunda tədbir keçirilib

Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir.

Bu məqsədlə "Yelo Bank" ASC Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") Bank, Maliyyə və Sığorta (BFI) Komitəsinin təşkilatçılığı ilə ESG mövzusuna həsr olunmuş tədbirə ev sahibliyi edib.

“Dayanıqlı Maliyyə: ESG prinsiplərinin maliyyə sahəsində tətbiqi” başlığı ilə keçirilən tədbir bank, maliyyə və sığorta təşkilatlarında çalışan mütəxəssisləri bir araya gətirib. "Yelo Bank"ın İdarə Heyətinin sədr müavini, BFI Komitəsinin sədri Günay Cəlilova tədbirin açılış nitqini edərək iştirakçıları salamlayıb, müzakirələrin gündəliyi haqqında qısa məlumat verib.

Tədbirdə ESG üzrə qlobal ekspert Deniz Erkus, IFC-də ESG məsləhətçi qrupunun rəhbəri Boris Janjalia, BMT-nin rezident əlaqələndirici ofisinin iqtisadçısı Hürşid Rüstəmov və Azərbaycan Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova spiker qismində çıxış ediblər. Hər bir spiker ESG prinsiplərinin biznes strategiyasında əhəmiyyəti, davamlı maliyyə alətlərinin tətbiqi, o cümlədən qlobal təcrübə və gələcək planlar barədə individual təqdimatlarla çıxış edib. Tədbir çərçivəsində keçirilən paneldə Deniz Erkusun moderatorluğu altında spikerlər mövzunun davamını birlikdə müzakirə ediblər. Tədbir iştirakçıları sual-cavab sessiyası zamanı spikerlərlə fikir mübadiləsi aparmaq imkanına sahib oldular.

Tədbir "Yelo Bank", "AmCham Azerbaijan", BMT Azərbaycan və AMB-nin birgə tərəfdaşlığı ilə həyata keçirilib.

"Yelo Bank"ın tədbirdə göstərdiyi təşəbbüsdə əsas məqsədi yerli və xarici ekspertləri bir araya gətirməklə ESG və dayanıqlı maliyyə üzrə mühüm mövzuların müzakirəsi nəticəsində növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.

İpoteka kalkulyatoru, onlayn ipoteka sifarişi və güzəştli ipoteka haqqında suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Son xəbərlər

Orphus sistemi