Yaponiyada son beş ildə ilk dəfə ÜDM-də azalma qeydə alınıb

Yaponiyada son beş ildə ilk dəfə ÜDM-də azalma qeydə alınıb Yenilənmiş məlumatlara görə, azalma 0,3% təşkil edib
Maliyyə
8 Dekabr , 2020 12:39
Yaponiyada son beş ildə ilk dəfə ÜDM-də azalma qeydə alınıb

Yaponiyanın 2019-cu maliyyə ili (1 aprel 2019 - 31 mart 2020) üzrə ÜDM-i son beş ildə ilk dəfə azalıb.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətə istinadən məlumat verib.

Yenilənmiş məlumatlara görə, azalma 0,3% təşkil edib. Proqnozlara görə, göstərici 0,0% səviyyəsində olmalı idi. ÜDM-də azalmanın əsas səbəbi 2019-cu ilin oktyabr ayında istehlakçı vergisinin 8%-dən 10%-ə qaldırılması olub.

Eyni zamanda 2020-ci ilin üçüncü rübündə ölkənin ÜDM-i, son qiymətləndirmələrə görə, əvvəlki rüblə müqayisədə 5,3% artıb.

Yaponiya ÜDM-nin 60%-ni təşkil edən fərdi istehlakın həcmi 5,1% artıb.

Hesabat dövründə dövlət investisiyalarının həcmi rüblük ifadədə 0,5% artıb, özəl sektorun sərmayələri isə 2,4% azalıb. İxrac rüblük ifadədə 7% artıb, idxal isə 8,8% azalıb.

Son xəbərlər

Orphus sistemi