"YapıKredi Bank Azərbaycan" istehlak kreditlərini bir qədər də bahalaşdırıb

"YapıKredi Bank Azərbaycan" istehlak kreditlərini bir qədər də bahalaşdırıb Bu, son bir ayda Bankın istehlak kreditlərinin bahalaşdırılması ilə bağlı atdığı ikinci addımdır
Maliyyə
1562
12 Oktyabr , 2016 14:51
YapıKredi Bank Azərbaycan istehlak kreditlərini bir qədər də bahalaşdırıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcəsini daha 1 faiz bəndi artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda kreditlər fiziki şəxslərə illik 28%-lə ayrılır. İndiyə qədər faiz dərəcəsi 27% olub. Bu, son bir ayda "YapıKredi Bank Azərbaycan"ın istehlak kreditlərinin bahalaşdırılması ilə bağlı atdığı 2-ci addımdır. Sentyabrın əvvəlində Bank kreditlərin illik faiz dərəcəsini 25-26%-dən 27%-ə çatdırıb.

Qeyd edək ki, istehlak kreditlərinin minimum məbləği 300 manat, maksimum məbləği isə 10 000 manatdır. Kreditləri 3 ilə qədər müddətə götürmək mümkündür.

Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi