Yanvarda bəzi banklar kredit faizlərini endirib - ARAŞDIRMA

Yanvarda bəzi banklar kredit faizlərini endirib - ARAŞDIRMA Ötən ay Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
Maliyyə
746
1 Fevral , 2020 13:10
Yanvarda bəzi banklar kredit faizlərini endirib - ARAŞDIRMA

Ötən ay Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

“Report”un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “Azər-Türk Bank”da 19-27%-dən 16-23%-ə, “Yelo Bank“da 19%-dən 15,9%-ə düşürülüb. 

“BTB Bank” lombard kreditləri üzrə faizi 22,8%-dən 20%-ə endirib.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bank“, Azər-Türk Bank”, “Bank Respublika”, “Yelo Bank“, “Turanbank” və “Xalq Bank”dadır.

Avtomobil kreditləri – “NBC Bank” **down**

Təmir kreditləri – “Yelo Bank” **down**

Lombard kreditləri – “Amrahbank”, “BTB Bank” **down**

İpoteka kreditləri – “Xalq Bank” **down**

Mikro kreditlər – “Bank Respublika” **down**

Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank” **down**

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: 

Son xəbərlər

Orphus sistemi