"Xalq Bank"ın aktivləri illik 6% artıb

"Xalq Bank"ın aktivləri illik 6% artıb Bakı. 2 fevral. REEPORT.AZ, "Xalq Bank"ASC-nin aktivləri illik müqayisədə 5,59% artaraq 207-ci il yanvarın 1-nə 1 668 620,9 min manata çatıb. ...
Maliyyə
2 Fevral , 2017 14:03
Xalq Bankın aktivləri illik 6% artıb

Bakı. 2 fevral. REEPORT.AZ, "Xalq Bank"ASC-nin aktivləri illik müqayisədə 5,59% artaraq 207-ci il yanvarın 1-nə 1 668 620,9 min manata çatıb. "Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində kredit portfeli 0,67% azalaraq 1 279 911 min manat təşkil edib. Kredit portfelinin 776 521 min manatı və ya 60,7%-i xarici valyutanın payına düşüb.

Bankın cəmi öhdəlikləri isə il ərzində 4,4% artaraq 1 430 982 min manata yüksəlib. Cari il yanvarın 1-nə depozit portfeli 1 098 900 min manat təşkil edib ki, bunun da 771 mln. manatı və ya 70,2%-i xarici valyutada yerləşdirilib.

Cari il yanvarın 1-nə AMB-nin Banka qarşı tələbləri əvvəlki ayla müqayisədə dəyişməyərək 31,5 mln. manat təşkil edib.

Bank IV rübdə 19 160 min mant xalis zərər etsədə də, 2016-ci il ərzində, ümumilikdə, 10 370 min manat xalis mənfəət əldə edib. Bu da əvvəki illə müqayisədə 17 dəfədən çox artım deməkdir. Qeyd edək ki, 2015-ci ildə bank cəmi 599 min manat mənfəət əldə edib. 

Son xəbərlər

Orphus sistemi