Azərbaycanda fintex sahəsində fəaliyyət göstərən şirkətlərdən 5-i digər ölkələrin bazarlarına daxil olub.
“Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, bunlar Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistandır.
"Son 5 ildə ölkə bankları maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manat vəsait xərcləyib. Bu ilin mayından Mərkəzi Bank real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verəcək xüsusi tənzimləyici sandbox təqdim edib. Həmçinin, müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb", - V.Qasımlı qeyd edib.