Vüqar Oruc: “Qiymətləndirmə Palatası iyunun 1-dək fəaliyyətə başlamalıdır” - MÜSAHİBƏ

Vüqar Oruc: “Qiymətləndirmə Palatası iyunun 1-dək fəaliyyətə başlamalıdır” - MÜSAHİBƏ Ötən ilin sonunda qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən Azərbaycan Qiymətləndirmə Palatasının yaradılması nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a müsahibəsində Palatın yayadılması z
Maliyyə
6 Aprel , 2024 12:57
Vüqar Oruc: “Qiymətləndirmə Palatası iyunun 1-dək fəaliyyətə başlamalıdır” - MÜSAHİBƏ

Ötən ilin sonunda qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən Azərbaycan Qiymətləndirmə Palatasının yaradılması nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a müsahibəsində Palatın yaradılması zərurəti, nə zaman fəaliyyətə başlayacağı, sektorun mövcud durumu haqqında danışıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda Qiymətləndirmə Palatasının yaranma zərurəti nədən irəli gəlir və bu gün bu məsələnin gündəmə gəlməsi nə ilə bağlıdır?

- Təqribən 25 ilə yaxın bir müddətdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu sektorda fəaliyyəti tənzimləyib. Cəmiyyətin ümumi qərarları, müəyyən elədiyi xidmət haqqı hədləri, prinsiplər üzvlər üçün əsas olub. Buna baxmayaraq, cəmiyyətin əlində inzibati alətlər yoxdur. Tənzimlənmə işini yalnız qarşılıqlı centlmen razılaşması əsasında həyata keçiririk. Ona görə elə qurum lazımdır ki, o, inzibati alətlərə malik olsun. Çünki, tənzimləmə olmayan yerdə müəyyən özbaşınalıq olur. Peşəkar olmayan qurumlar, şirkətlər bu işlə məşğul olur. Bu cür fəaliyyət isə son nəticədə Azərbaycan iqtisadiyyatı, qiymətləndirmə sektoru üçün problemlər yaratmış olur. Palata yaranandan sonra sektorun inzibati qaydada tənzimlənməsi həyata keçəcək və imkan yaranacaq ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti daha da peşəkar səviyyəyə çatsın.

- Bu istiqamətdə dünya təcrübəsi nəzərdən keçirilibmi? Model olaraq hansı ölkənin və ya ölkələrin təcrübəsi istifadə olunub?

- Təbii ki, qanunu hazırlayanlar əminəm ki, dünya təcrübəsinə müraciət ediblər. Dünya təcrübəsi dedikdə həm MDB məkanını, həm Türkiyə təcrübəsini nəzərdə tuturam. Məsələn Qazaxıstanda bir neçə belə palata mövcuddur və dövlət onlara sektorun fəaliyyətinin tənzimlənməsi üçün geniş müstəqillik verib.

Qazaxıstandan fərqli olaraq Türkiyədə bir qurum bu sektoru tənzimləyir. Söhbət Türkiyə Dəyərləndirmə Uzmanları Birliyindən gedir. Həmin Birlik dövlət qurumu olmasa da dövlətin müvafiq strukturlarının nəzarətindədir. Həmin Birliyə üzv olmayan şirkət qiymətləndimə fəaliyyəti ilə məşğul ola bilmir. Biz bu məsələni dövlət qurumları qarşısında qaldıran zaman məhz Türkiyə modelini təklif etdik.

- Qiymətləndirmə Palatasının yaradılması prosesi hazırda hansı mərhələdədir?

- Hazırda müzakirələr mərhələsi gedir. Palatanın yaradılması üçün təşkilat komitəsi fəaliyyət göstərir. Həmin komitəyə İqtisadiyyat Nazirliyindən 3, Maliyyə Nazirliyindən 2 nümayəndə daxil edilib. Prosesdə eyni zamanda Dövlət İmtahan Mərkəzin, Ədliyyə Nazirliyinin nümayəndələri də iştirak edir. Təşkilat komitəsi qanundan irəli gələn məsələləri həll etmək üzrədir. Prosesin sürətlənməsi istəyi var. Çünki, qanunun icrası ilə bağlı Prezident sərəncamında konkret müddət qoyulub ki, həmin müddətdə proses yekunlaşmalıdır.

Amma prosesin keyfiyyətli, peşəkar səviyyədə həyata keçirilməsi üçün təbii ki, müəyyən zamana ehtiyac var. Çünki palatanın təsis edilməsi üçün ilk növbədə qanuna müvafiq olaraq ən azı 15 nəfər imtahandan keçməklə qiymətləndirici adını əldə etməlidir. İmtahanların keçirilməsi üçün isə sual bankı, metodologiyalar hazırlanmalıdır, təşkilati-texniki məsələlər həll olunmalıdır. Eyni zamanda imtahanın keçirilmə prosedurları aydınlaşdırılmalıdır. Bu proseslər öz həllini tapandan sonra imtahanda iştirak etmək istəyən şəxslər bir ay müddətində müraciət edəcəklər. Növbəti bir ayda isə imtahanların keçirilmə qaydaları müəyyən olunacaq. Burada müəyyən ədəbiyyatın da hazırlanması lazımdır, ki, imtahanda iştirak edəcək şəxslər bundan yararlana bilsinlər.

- Palata müstəqil qurum kimi yaradılır və ya hansısa dövlət qurumunun nəzdində olacaq? Palata nə zaman fəaliyyətə başlaya bilər?

- Palata müstəqil qurum olacaq və üzvlər tərəfindən idarə olunacaq. Bununla belə onun təsis olunması, imtahanların keçirilməsi, üzvlərin müəyyən olunması kimi proseslər təbii ki, dövlət qurumlarının nəzarəti altında həyata keçiriləcək. Çünki hər hansı bir sektoru tənzimləyən qurumun birbaşa mütəqillik əldə etməsi bir az düzgün deyil. Dövlətin bu və ya digər formada bu prosesdə iştirakı labüddür. Yeni qanuna görə dövlətin iştirakı ilkin mərhələdə nəzərdə tutulur. Türkiyədə olduğu kimi palatanın üzvü olmayan şirkət və ya şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcək. Palata tərəfindən qiymətləndirici imtahandan keçdikdən sonra onlara şəhadətnamə təqdim olunacaq. Həmin şəhadətnamə ilə bərabər şirkət və ya səxslər ölkə ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq icazəsi əldə etmiş olacaqlar.

Palata iyun ayının 1-dən fəaliyyətə başlamalıdır. O vaxta kimi imtahanlar və şəhadətnamələrin təqdim olunması başa çatdırılmalıdır. Lakin ola bilər ki, vaxt məsələsində müəyyən dəyişikliklər olsun. Yəni proses yubana bilər. Çünki böyük həcmdə işlər həyata keçirilməlidir. Bura sual bankının hazırlanması, texniki-təchizat işlərinin həll olunması və sair daxildir. Bizim hesablamalara görə, proses əgər aprel ayından başlasa iyun ayına qədər çətin ki, başa çatsın. İstənilən halda palata bu il ərzində mütləq fəaliyyətə başlayacaq.

- Palatanın maddi-texniki bazası və imkanları qiymətləndirmə işinə köklü keyfiyyət dəyişiklikləri gətirməyə imkan verəcəkmi?

- Son 25 ildə Azərbaycanın 9 milli qiymətləndirmə standartı qəbul olunub. Həmin standartlara çox ciddi dəyişikliklər edilməlidir. Çünki biz milli standartlarımızı qəbul edəndən sonra beynəlxalq standartlar 7 dəfə dəyişib. Standartların yenilənməsi müvafiq maliyyə, müəyyən akademik kadr bazası tələb edir. Ümid edirəm ki, palataın maddi-texniki təchizatı və imkanları yol verəcək ki, həmin yenilənməni həyata keçirə bilək.

Son xəbərlər

Orphus sistemi