“Visa” Azərbaycanda rəqəmsal valyuta, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinə dəstək ola bilər

“Visa” Azərbaycanda rəqəmsal valyuta, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinə dəstək ola bilər Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa” beynəlxalq ödəniş sistemi ilə ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinə dəstək məsələlərini müzakirə edib.
Maliyyə
12 Oktyabr , 2023 18:51
“Visa” Azərbaycanda rəqəmsal valyuta, Ağıllı şəhər və Ağıllı kənd layihələrinə dəstək ola bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa” beynəlxalq ödəniş sistemi ilə ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinə dəstək məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik toplantılarının keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başladı. İlk olaraq "Visa"nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük", - T. Kazımov qeyd edib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə Visa arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi