Vergilər Nazirliyində yeni təyinatlar olub

Vergilər Nazirliyində yeni təyinatlar olub Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb
Maliyyə
1672
3 Fevral , 2017 10:58
Vergilər Nazirliyində yeni təyinatlar olub

Bakı. 3 fevral. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.

Məlumata görə, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi