Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb
- 02 may, 2018
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 may. REPORT.AZ/ Ölkə prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Naziriyi yanında yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.