Bakı. 8 avqust. REPORT.AZ/ Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-dən pay alıb. Bu barədə “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.
“Finance Leasing”in İdarə Heyətinin sədri Rabil Məmmədov “Report”a açıqlamasında isə bildirib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-nin yaradıldığı 2007-ci ildən bəri şirkətin səhmdarıdır.
Xatırladaq ki, bu gün “Finance Leasing” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Məlumatların Elektron Açıqlanması Sistemində (MEAS) 2017-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Hesabatda A.Bağırovun lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. “Finance Leasing”in MEAS-da 2016-cı ilin yekunlarına dair yerləşdiyi maliyyə hesabatında onu adı səhmdar kimi olmayıb. Bu isə Vəkillər Kollegiyasının sədrinin ötən ildən şirkətin səhmdarı olması qənaətinə gəlməyə imkan verib.