Vahid Ələkbərov dünyanın ən varlı 100 adamının siyahısına düşüb - ƏLAVƏ OLUNUB

Vahid Ələkbərov dünyanın ən varlı 100 adamının siyahısına düşüb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:21-də verilib
Maliyyə
6 Mart , 2018 17:50
Vahid Ələkbərov dünyanın ən varlı 100 adamının siyahısına düşüb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 17:21-də verilib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan əsilli Rusiyalı iş adamı, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov milyarderlərin ilk 100-lüyünə düşüb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı “Forbes” nəşri yayıb. 

Məlumata görə, TOP-100-də, ümumilikdə, 10 Rusiya vətəndaşı, o cümlədən Lisin, Mordaşov, Mixelson da yer alıb. 

“Forbes”in açıqladığı 2018-ci ilin zənginləri reytinqinə ilk dəfə olaraq “Amazon” şirkətinin sahibi Cef Bezos (112 mlrd. dollar) liderlik edib. Onun uğuru "Amazon"un səhmlərinin ötən il təxminən 60% bahalaşması bağlıdır.

II yerdə “Microdoft” şirkətinin yaradıcısı Bill Qeyts (90 mlrd. dollar) qərarlaşıb. Onun sərvəti ötən il 4 mlrd. dollar artıb. 

III yeri isə investor Uorren Baffet (84 mlrd. dollar) tutub. O, 2017-ci ildə sərvətini 8,4 mlrd. dollar artırıb. 

2017-ci ilin sonuna dünyanın 20 ən varlı adamının sərvəti 1,2 trln. dollar təşkil edib. Dünyadakı 2 208 milyarderin məcmu sərvətinin 13%-i məhz bu 20 adamda cəmləşib. İlk 20-likdə 2 qadın - Alisa Uolton (58,5 mlrd. dollar) və Fransuaza Betankur-Mayers (42,2 mlrd. dollar) yer alıb.

Son xəbərlər

Orphus sistemi