Vahid Əhmədov: "Bu qədər daxili borclanmaya getmək olmaz"

Vahid Əhmədov: "Bu qədər daxili borclanmaya getmək olmaz" Maliyyə Nazirliyi daxili borclanma məsələsinə yenidən baxmalıdır.
Maliyyə
23 May , 2024 12:44
Vahid Əhmədov: Bu qədər daxili borclanmaya getmək olmaz

Maliyyə Nazirliyi daxili borclanma məsələsinə yenidən baxmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu qədər daxili borclanmaya getmək olmaz. Manatın məzənnəsi, pul kütləsi ilə bağlı hələ ki, problem yoxdur. Ancaq nə vaxtsa problem olsa, onda daxili dövlət borclanması ölkəyə çətinlik yaradacaq. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddətli Strategiya”ya uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində bu il aprelin 1-nə daxili dövlət borcu isə 16 milyard 415,8 milyon manat təşkil edib.

Ötən il daxili borclanma ilə bağlı limit 1,8 milyard manat müəyyən edilib və bunun 1,7 milyard manatı istifadə olunub.

Son xəbərlər

Orphus sistemi